Esmira Günəşin "Qürur yerimiz" kitabının Əmircanda təqdimatı oldu +FOTO=15
Bu xəbəri paylaş
Esmira Günəşin "Qürur yerimiz" kitabının Əmircanda təqdimatı oldu
10 iyun 2022-ci il tarixində YAP-ın Suraxanı rayon şöbəsinin təşkilatçılığı ilə şairə Esmira Günəşin "Qürur yerimiz" kitabının təqdimatı keçirilib. Əmircan qəsəbəsi 3 saylı Uşaq İncəsənət Məktəbində baş tutan tədbirdə həmçinin yazar Şükufə Babayevanın "Qisas qiyamətə qalmayacaq" kitabı da yer alıb. Tədbir Azərbaycan Dövlət Himni ilə açıq elan olunaraq, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra söz "Qürur yerimiz" kitabının müəllifi şairə Esmira Günəşə verilib və o çıxışı zamanı Suraxanıdan şəhid Cavid Cabarzadənin, şəhid Dostəli Məmmədovun, şəhid Əmirxan Babayevin, şəhid Səbuhi Əsədovun kitabda yer aldığını bildirərək kitabları təqdim etmək üçün şəhid analarını səhnəyə dəvət edib. Kitablar təqdim olunduqdan sonra davam edən tədbir şəhidlərimizin oxuduqları məktəblərin hazırladıqları komlozisiyalar ilə davam edib. Daha sonra çıxış üçün səhnəyə dəvət olunan "Qisas qiyamətə qalmayacaq" kitabının müəllifi Şükufə Babayeva kitabı haqqında məlumat verərək şəhid ailələrinə səbr diləyib. Sonda tədbiri YAP-ın Suraxanı rayon şöbəsinin sədri Vüqar müəllim öz çıxışı ilə yekunlaşıb. O bildirib ki, hər zaman şəhid ailələrinin yanındadır və onlara dəstək olmağa hər zaman hazırdır. Tədbir xatirə şəkilləri ilə sona çatıb.
Esmira Günəş
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)














