İlk gündə Peres və Lekler fərqlənib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
İlk gündə Peres və Lekler fərqlənib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu gün formula-1 üzrə dünya çempionatının sayca 8-ci mərhələ yarışı olan Bakı Qran-Prisinə birinci və ikinci sərbəst yürüşlərlə start verilib. Birinci sərbəst yürüşdə "Red Bull"un pilotu Serxio Peres fərqlənib (1:45,476 saniyə). "Ferrari"nin pilotu Şarl Lekler (1:45,603) ikinci, "Red Bull"un digər pilotu - Maks Ferstappensə (1:45,810) üçüncü nəticə göstərib.
Günün və Qran-Prinin ikinci sərbəst yürüşündə isə Şarl Lekler (1:43,806) birinci olub. Serxio Peresin ikinci olduğu bu yürüşdə də Maks Ferstappen ilk üçlüyü tamamlayıb.
"Formula-2"-də isə hər iki sərbəst yürüşdə Yuri Vips ("Xayteç") fərqlənib.
Sabah "Formula-1" ulduzları üçüncü sərbs yürüşə və təsnifat (sıralanma) yarışına çıxacaqlar. Bazar günü isə final yürüşü ilə Bakı Qran-Prisinə yekun vurulacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



