BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ

BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ

 

BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ

 

“İMPERIA ENGLISH AZERBAIAN” İNGİLİS DİLİ MÜƏLLİMLƏRİ ÜÇÜN YENİ İNNOVATİV METODOLOGİYA VƏ YANAŞMALAR ƏSASINDA “BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ”-Nİ ELAN EDİR.

 

Britaniyanın “TESOL CPD” təlim proqramı müəllimlərin ingilis dili fənninin tədrisi bacarıqlarını daha da inkişaf etdirmələri üçün ingilis dilinin tədrisində yeni innovativ metodologiyaların, yanaşmaların, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından xüsusi olaraq hazırlanmışdır.

 

Nəzəriyyə və ilkin biliklərin, yeni tədris bacarıqları və ideyalarının, video, poverpoint təqdimatlarının, tədqiqat məqalələri və təlim qeydlərinin, praktiki tədris materiallarının, ustad-müəllimlər ilə dəyərli təcrübə mübadilələrinin, onlayn seminarların yer aldığı təlimin ümumi müddəti 50 saatdır.

 

Təlimin ilk 40 saatını  özünütəhsil, 10 saatını isə onlayn seminarlar təşkil edir.

 

Seminarlar Birminqam kollecinin direktor müavini, “İmperial English UK” şirkətinin tədris departamentinin rəhbəri cənab Rafael Salguero, Böyük Britaniyalı beynəlxalq təlimçi Dany Mundy və Kutaisi Beynəlxalq Universitetinin professoru İnga Diakonidze tərəfindən keçiriləcəkdir.

 

Təlim proqramını uğurla başa vuran müdavimlər “Imperial English UK” tərəfindən “Britaniya TESOL Təlimini Peşəkar Bitirmə Sertifikatı” ilə təltif ediləcək və 2022-ci ilin yayında Böyük Britaniyaya səfər imkanı əldə edəcəklər. Bir həftəlik səfər proqramı çərçivəsində TESOL təlimi, Bukingem Sarayı, London Eye, London Muzeyi, Kembric, Oksford kimi mərkəzlərə ekskursiyalar nəzərdə tutulur.

 

İştirakçıların ingilis dilində təcrübəli olmaları tövsiyə olunur.

 

1-31 May tarixində keçirilən “BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ”:

https://azpress.az/index.php?lang=az&sectionid=news&id=122694&fbclid=IwAR375R535H5eIiBjtcpPkzQ7chmaQxWkIWG4h2n-pgavLQRK_BukdNNTKvM

 

ÖDƏNİŞ VƏ QEYDİYYAT 

https://forms.gle/oGWTbZcQ3o4i8Mcx7

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020