“Gənc istedadlar“ liseyinin şagirdləri Geomatika və geodeziya mühəndisliyi ixtisası ilə tanış olublar +FOTO=4

“Gənc istedadlar“ liseyinin şagirdləri Geomatika və geodeziya mühəndisliyi ixtisası ilə tanış olublar 

 

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasının professor-müəllim heyəti BDU-nun nəzdində “Gənc istedadlar“ liseyində Geomatika və geodeziya mühəndisliyi ixtisası ilə tanışlığa dair görüş keçirib.

 

Görüşdə Geodeziya və Kartoqrafiya kafedrasının müdiri, professor, Əməkdar müəllim Məqsəd Qocamanov şagirdlərə Geomatika və geodeziya mühəndisliyi ixtisasının məzmunu, geodeziya elminin tarixi inkişaf yolu, perspektivləri, ölkənin ictimai-siyasi həyatındakı rolu, 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Qarabağda aparılan bərpa və quruculuq işlərində kafedranın keçmiş məzunlarının yerinə yetirdiyi işlər, Geomatika və geodeziya mühəndisliyi ixtisası üzrə fənlər və çöl geodeziya təcrübələri haqqında slaydlarla məruzə edib.

 

Sonra kafedra əməkdaşlarından dosentlər Ramiz Əhlimanov, Mehman Mehbalıyev, Əfqan Talıbov, baş müəllim Mübariz Orucov, Azərbaycan coğrafiyası və coğrafiyanın metodikası kafedrasının dosenti Çingiz Qələndərov, Liseyin direktoru Arif Bağırov çıxış ətrafında məruzələr ediblər.
Görüşün sonunda BDU-nun alimləri şagirdləri maraqlandıran sualları cavablandırıblar.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020