Avropa İttifaqı Azərbaycandakı bina sahiblərinə enerji xərclərini azaltmaqda kömək edir
Bu xəbəri paylaş
Bakı, 10 iyun 2022. İctimai və yaşayış binalarında enerji yenilənməsini genişləndirmək, enerji istehlakını və xərcləri azaltmaq üçün Avropa İttifaqı (Aİ) Azərbaycan hökumətinə kömək edir. Bu məqsədlə hazırlanmış praktiki alətlərdən biri binalar üçün enerji səmərəliliyi pasportlaşdırılması sxemidir. Enerji səmərəliliyi pasportarı binaların və mənzillərin sahibləri və kirayəçiləri üçün vacibdir, çünki onlar əmlakın enerjiyə nə qədər qənaət etdiyini - binanın enerji sinfini göstərir. Bundan əlavə, sertifikat - enerji reytinqini artırmaq üçün bir sıra tövsiyə olunan texniki tədbirləri həyata keçirməyə imkan verən məlumatları əhatə edir. Enerji səmərəliliyi sertifikatları binaların dəyərini artırmaq üçün güclü vasitə ola bilər və Azərbaycanda mövcud bina fondunun enerji yenilənməsini gücləndirməklə karbon ayaq izinə müsbət təsir göstərə bilər.
“Aİ və digər ölkələrdə qabaqcıl enerji səmərəliliyi standartları, qiymətləndirmə və sertifikatlaşdırma təcrübələri” mövzusunda dörd günlük təlim seminarı ən üstün Avropa və beynəlxalq təcrübələri haqqında məlumat verdi. Təlim Aİ tərəfindən maliyyələşdirilib COWI və Ekspertiza Məsləhətçiləri tərəfindən həyata keçirilən “Azərbaycanda enerji səmərəliliyinin daha da yaxşılaşdırılmasına dəstək” layihəsi çərçivəsində keçirilib. Tədbirdə Energetika Nazirliyinin (EN), Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK), Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) nümayəndələri və digərləri iştirak ediblər.
Təlimçilər əsas diqqəti uzunmüddətli enerji yenilənməsi strategiyaları kimi binalar üçün enerji səmərəliliyinin qiymətləndirilmə və sertifikatlaşdırma sxemlərinə yönəldiblər. İştirakçılar qabaqcıl beynəlxalq təcrübələrlə yanaşı, layihə tərəfindən Azərbaycan üçün təklif olunan enerji səmərəliliyinin sertifikatlaşdırılmasının layihə qaydalarını və enerji səmərəliliyi siniflərinin müəyyən edilməsini ətraflı müzakirə ediblər.
Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda enerji səmərəliliyinin daha da yaxşılaşdırılmasına dəstək” layihəsi 2021-ci ilin dekabrında başlayıb. Bu layihə çərçivəsində beynəlxalq ekspertlər “Enerji resurslarından səmərəli istifadə və enerji səmərəliliyi haqqında” Qanunda binalarda enerji səmərəliliyini təmin etmək üçün zəruri olan qaydaların hazırlanmasında Energetika Nazirliyinə kömək edirlər.
Layihənin böyük hissəsi potensialın artırılmasına həsr olunub. Yerli ekspertlər binaların enerji qiymətləndirilməsinin aparılması və binalar üçün enerji səmərəliliyi sertifikatlarının verilməsi üçün təlim keçəcəklər. Məişət texnikasının enerji etiketlənməsi tələbləri və enerji səmərəliliyi ilə bağlı məlumatlılığın artırılması bu il keçiriləcək təlimlərin növbəti mövzusu olacaq.
Əlavə məlumat üçün aşağıdakı şəxslərlə əlaqə saxlayın:
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Mətbuat və İnformasiya Məsələləri Üzrə Məsul Şəxs Gülnarə Bayramova Gulnara.BAYRAMOVA@eeas.europa.eu
Layihə Qrupu Rəhbəri (Dayanıqlı Enerji Siyasəti üzrə Baş Ekspert) Bilyana Çobanova bchobanova@gmail.com
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)