Əmircan qəsəbəsində məhəllədaxili yollarda təmir işləri aparılır +VİDEO

Əmircan qəsəbəsində məhəllədaxili yollarda təmir işləri aparılır  

 

Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Əmircan qəsəbəsində Atamoğlan Rzayev küçəsinin məhəllədaxili yollarında təmir işləri aparılır.

 

Uzunluğu 650, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

 

Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb. Təmir işləri 3800 kv.m çox sahəni əhatə edib.

 

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi aparılır.

 

“İnvestisiya Proqramına”na əsasən, Suraxanı rayonu üzrə təmir işləri Bülbülə qəsəbəsinin 600 metr uzunluğa malik Samir ƏliyevQaraçuxur qəsəbəsinin ümumi uzunluğu 2500 metr olan Şərq yaşayış massivinin yollarında da davam edir.

 

Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib.

YOLUNUZ AÇIQ OLSUN...

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020