Şəhid anasını təhqir edən müəllim HƏBS EDİLDİ

Şəhid anasını təhqir edən müəllim HƏBS EDİLDİ

 

Beyləqan rayonunda şəhid anasını söyən müəllim həbs edilib.

Rayonun Qəhrəmanlı kəndində yaşayan şəhid Emin Məmmədovun anası Səbinə Cəfərovanı ağır söyüşlərlə təhqir edən müəllim ötən gün Beyləqan Rayon Məhkəməsinin qərarı ilə 7 gün azadlıqdan məhrum edilib.

Həbs edilən şəxs Hətəmov Turan Bəhmən oğlu əslən Füzuli rayonundandır.

O, Beyləqanın Qəhrəmanlı kəndində yerləşən Füzuli rayonu 16 saylı məktəbdə informatika müəllimi işləyir.

Onu da qeyd edək ki, məhkəmə prosesi zamanı Turan Hətəmov psixoloji problemləri olduğunu, həmçinin bu səbəbdən tez-tez psixotrop həblər qəbul etdiyini deyib.

Xatırladaq ki, şəhid anası ilə müəllim arasında mübahisə şəhidin xatirə lövhəsinin ətrafının çirkləndirilməsi ilə bağlı olub. O, şəhid anasına ağır söyüşlər söyərək təhqir etmişdi.bizim.media

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020