Məmmədyarovla Rəcəbovun Norveç dueli ikincinin qələbəsiylə bitib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarovla Rəcəbovun Norveç dueli ikincinin qələbəsiylə bitib -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Yekunda Məmmədyarov 2-ci, Rəcəbovsa 9-cu olub

 

Norveçin Stavanqere şəhərində klassik şahmat üzrə keçirilən və azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da daxil olmaqla 10 zəka sahibinin qatıldığı "Norway Chess" beynəlxalq turnirə yekun vurulub. Dairəvi sistem üzrə keçirilməklə 9 turdan ibarət olan turnirin son turunda həmyerlilərimiz bir-biriylə qarşılaşıb. Cütün favoriti Məmmədyarov hesab edilsə də qələbəni Rəcəbov qeyd edib. Reqlamentə görə əsas oyun heç-heçə bitdiyindən qalibi aşkar etmək üçün mübarizə Armaqeddonda davm edib. Burada da tərəflər sülh bağladığı üçün qələbə qaralarla oynayan Rəcəbova verilib. Bununla da Rəcəbov son turda 1,5, Məmədyarovsa 1 xal qazanıb. Yekunda Məmmədyarov 15,5 xalla turnirin ikincisi olub. O qalib adını qazanan dünya çempionu Maqnus Karlsendə (2855) cəmi 1 xal geri qalıb. Məmmədyarov üzərindəki qələbə sayəsində Rəcəbov aktivindəki xalların sayını 8-ə çatdırmaqla yarış cədvəlinin son pilləsindən canını qurtararaq, 9-cu pilləyə yüksəlib. Yeri gəlmişkən iştirakçılar arasında retinq göstəricisinə görə Məmmədyarov (2770) 2-ci, Rəcəbovsa (2753) 5-ci olub. Ümumiyyətlə, turnirdə Karlsen, Məmmədyarov və Rəcəbovla yanaşı, Uesli So (ABŞ, 2766), Aniş Qiri (Hollandiya, 2761), Vişvanatan Anand (Hindistan, 2751), Maksim Vaşye-Laqrav (Fransa, 2750), Van Xao (Çin, 2744), Veselin Topalov (Bolqarıstan, 2730) və Aryan Tari (Norveç, 2654) mübarizə aparıb.

 

Yekun turnir cədvəli belədir: Karlsen – 16,5 xal, Məmmədyarov – 15,5, Anand – 14,5, Vaşye-Laqrav – 14, So - 12,5, Qiri - 12, Topalov, Tari – hərəyə 9,5, Rəcəbov – 8, Van Xao - 7,5.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020