Avropa Kubokunun startında cüdoçularımız iki medal qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Avropa Kubokunun startında cüdoçularımız iki medal qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bu gün İspaniyanın paytaxtı Madriddə kişi və qadın cüdoçular arasında Açıq Avropa Kubokuna start verilib. İki gün davam edəcək turnirə Azərbaycan 3-ü qadın olmaqla 13 tatami ustası ilə qatılıb. Xəbər verdiyimiz kimi, kişilərin yarışında Nazir Talıbov, Raşhan Başalıyev (hər ikisi 60 kq), Tofiq Əliyev, Rəşad Elkiyev (hər ikisi 66 kq), Zaməddin Poladov, Nurlan Osmanov (hər ikisi 73 kq), Kərim Məmmədov, Elcan Şəfiyev (hər ikisi 90 kq), Rüfət İsmayılov (10 kq) və İmran Yusifov (+100 kq), qadınlar arasında isə Leyla Əliyeva (48 kq), Səbinə Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) güləşəcək.

Tunirin ilk günü 8 təmsilçimiz tatami üzərinə çıxıb. Onlardan yalnız ikisi uğurla çıxış edərək, mükafatçılar arasında yer ala bilb. Biri gümüş, digəri isə bürünc medala sahib olub. Ən yaxşı nəticəni isə 60 kq-da mübarizə aparan Nazir Talıbov göstərib. Yalnız həlledici finalda qazaxıstanlı Nurdaulet Amankosova uduzan Talıbov gümüş medalla kifayətlənib.
Bürünc medasl isə 48 kq-da çıxış edən qadın cüdoçumuz Leyla Əliyevanın payına düşüb.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020