Dövlət Məşğulluq Agentliyi tərəfindən "İş Klubu" layihəsinə start verilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən peşəyönümü məsləhət xidmətini hədəf qruplarına daha əlçatan etmək məqsədi ilə “İş Klubu” layihəsinə start verilir.


Layihə çərçivəsində tələbələr, yeni məzunlar, işsiz və işaxtaranlar əyani olaraq peşəyönümü məsləhət xidmətindən yararlanmaqla bərabər, iş axtarışı yollarını praktiki olaraq sınaqdan keçirmək imkanı əldə edəcəklər.


İştirakçılara əmək bazarının cari vəziyyəti, düzgün iş məqsədlərinin təyini, effektiv rezüme hazırlığı, istək məktubunun yazılma qaydaları, müsahibəyə hazırlıq, iş axtarışı alətləri ilə tanışlıq mövzuları barədə ətraflı məlumat veriləcək.


Layihə 4 həftə davam edəcək. Son müraciət tarixi 17 iyundur.


Müraciət linki: shorturl.at/gmrE1


Layihədə aşağıdakı şəxslər iştirak edə bilər:


- iş tapmaqda çətinlik çəkənlər,
- iş axtarışı barədə tam məlumatı olmayanlar,
- karyera planlamasında dəstəyə ehtiyac duyanlar.


 İştirak üçün qeyd edilmiş onlayn müraciət formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına müsahibə mərhələsinə dəvət məktubu göndəriləcək.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020