Firuz Mustafa: Sokrat demiş, görəsən bu axmaq, acgöz adamlar bu qədər sərvəti kimin üçün toplayırlar?
Bu xəbəri paylaş
Sokrat demiş, görəsən bu axmaq, acgöz adamlar bu qədər sərvəti kimin üçün toplayırlar?
“Daxilimdən gələn bir səs mənə çox şey öyrədir. Bu, mənim pak, təmiz vicdanımın səsidir”.
Bildiyiniz kimi, mən həmişə öz fikirlərimi yazıram. Yəni sitat gətirməyi sevmirəm. Amma indi yuxarıda paylaşdığım bu "statusun" müəllifi Sokratdır.
Hərdən gülməyim gəlir. Çünki, hətta, alimlik iddiasında olan bəzi zatlar belə, görürsən ki, hərdən bu cür fikirlər səsləndirirlər: “Sokrat yazırdı ki....” İstəyirəm deyəm ki, ay axmaq, axı Sokrat heç nə yazmayıb. Yazsa da belə, bizə onun bir yazılı cümləsi də gəlib çatmayıb. Amma onun şifahi dediklərini şagirdləri qələmə alıb və həmin fikirlər bizim bu günümüzəcən gəlib çatıb. Sokrat öz mühüm fikirlərini adətən öz mübahisə və söhbətlərində açıqlayırdı. Onun fəlsəfi fikirlərinin məzmununu şagirdi Platon öz “Dialoqlarında” qələmə almışdı. Bundan başqa, Aristotel və Ksenofon da Sokrat haqqında ətraflı məlumat vermişlər.
Bütün bunlar öz yerində.
Amma bilirsizmi Sokratın dediyi hansı fikir mənim daha çox xoşuma gəlir? O dövrün acgöz adamları haqda dediyi bir fikir: “Bu axmaq insanların çoxu nə üçün bu qədər acgözdürlər? Onlar bu qədər sərvəri kimin üçün toplayırlar?”
Fakt budur ki, indi Sokratın müasiri olmuş nə o acgöz adamlar var, nə də o acgöz yaramazların topladığı sərvətlər. Elə Sokrat da yoxdur. Amma Sokratın dediyi fikirlər ən qiymətli sərvət kimi qalır.
Bunlar öz yerində. Doğrudan da, Sokrat demiş, görəsən bu axmaq, acgöz adamlar bu qədər sərvəti kimin üçün toplayırlar?
Bu sualın cavabını Sokrat bilmirdi.
Bəs siz necə?
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)