50 ildən sonra yenidən doğma məktəbdə- (AZpress.AZ, Ağaddin Babayev, Lənkəran(FOTO+12)

50 ildən sonra yenidən doğma məktəbdə- (AZpress.AZ, Ağaddin Babayev, Lənkəran(FOTO+12)

50 ildən sonra yenidən doğma məktəbdə-(AZpress.AZ, Ağaddin Babayev, Lənkəran(FOTO+12)

 

Lənkəran rayonundakı Asif Əsədullayev adına Şağlaser kənd orta məktəbində 1972-ci il məzunlarının iştirakı ilə “Yarım əsrdən sonra görüş” adlı tədbir keçirilib.

 

AZpress.AZ xəbər verir ki, tədbirdə 1972-ci il məzunları ilə yanaşı məktəbin pedaqoji kollektivi, təqaüdçü müəllimlər və şagirdlər iştirak ediblər.

 

Tədbirin keçirilməsinin əsas məqsədi məzunlarla əlaqələri genişləndirmək, bu şəxslərin nümunəsində şagirdləri gələcək uğurlara ruhlandırmaq, onların təhsilə, məktəbə maraqlarını daha da artırmaq və məktəbin ictimai həyatında fəal iştirakını təmin etməkdən ibarət olub.

 

Tədbiri giriş sözü ilə məktəbin direktoru Aygün Fətullayeva açaraq rəhbərlik etdiyi təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb. O, məktəbi əlli il əvvəl bitirənlər arasında Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verən şəxslərin olduğunu diqqətə çatdıraraq onlarla bütün məktəb kollektivinin qürur duyduğunu dilə gətirib.

 

Daha sonra torpaqlarımızın azad olunmasında fədakarlıq göstərən şəhidlərimizin, eləcə də dünyasını dəyişmiş müəllimlərin və məzunların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Məktəbin dil-ədəbiyyat müəllimi Rza Musayev 1972-ci il məzunlarının ömür yolu barədə qısa məlumat verərək onların hamısının öz vətəninə layiqli övlad kimi yetişdiyini söyləyib:”Siz bu günkü nəslə nümunəsiniz. Aranızdan müəllim, elm adamı, jurnalist, hətta general da çıxıb. Biz sizinlə fəxr edirik!”.
Veteran müəllimlərdən Arif Xalıqov, Akif Miriyev və İltifat Məhərrəmov çıxışlarında dərs dedikləri şagirdləri ilə 50 ildən sonra yenidən görüşmələrindən xoşhal olduqlarını bildirərək ayrı-ayrı məzunların xarakterik xüsusiyyətlərindən, onlardan bir çoxu ilə bu gün də ünsiyyət saxlamalarından söz açıblar.
Məzunlardan Hacı Səfaqət Ağayev, Şahvələd Nuriyev, Ağaddin Babayev, Zabit Heydərov, İdris Rzayev, Əkbər Heydərov, Səcrəddin Dadaşov, Cabir İbrahimov, İdris Mikayılov, Möhübbət Ağayev, Süleyman Cavadov, Cəsail Cəfərov, Mirzərza Dadaşov, Allahşükür Bağırov, Mehrəli Abdullayev, Mirfədayil Sadıqov, Aslan Əkbərov və digərləri çıxış edərək məktəblə bağlı xatirələrini bölüşməklə yanaşı, onların biliklərə yiyələnməsində zəhməti olan müəllimlərə və tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Səhhəti ilə əlaqədar görüşə qatıla bilməyən ANAMA-nın Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə şöbəsinin müdiri, “Tərəqqi” medallı Musa Cəlalov telefon vasitəsi ilə dostlarını salamlayaraq:”Ürəyim sizinlədir”-deyib.

 

Tədbirdə şagirdlərin ifasında şeirlər səsləndirilib. Məzunlar adından təhsil ocağına xatirə hədiyyəsi təqdim olunub.

 

Sonda məktəbin kollektivi və şagirdlər məzunlarla birgə xatirə şəkli çəkdiriblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020