BDU tələbələrinin Azərbaycan Dəmir Yolları QSC-nin qurumlarına ekskursiyası +FOTO=5

BDU tələbələrinin “Azərbaycan Dəmir Yolları” QSC-nin qurumlarına ekskursiyası +FOTO=5

BDU tələbələrinin “Azərbaycan Dəmir Yolları” QSC-nin qurumlarına ekskursiyası

 

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil olan qurumlara ekskursiya ediblər.

 

Tələbələr ekskursiyaya 28 may stansiyasından qatarla Biləcəri stansiyasına getməklə başlayıblar. Daha sonra Biləcəri yuyucu-buxarlayıcı stansiyasına və Biləcəri yeni lokomotiv deposuna gedərək “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti haqqında məlumatlandırılıblar.

 

Ekskursiya zamanı dəmiryol nəqliyyatında həyata keçirilən innovativ proseslər və ətraf mühitə zərərli təsirlərin minimallaşdırılması məqsədilə icra olunan tədbirlər barədə yerində geniş məlumat verilib. Qeyd olunub ki, hazırda respublikanın dəmir yollarında yük və sərnişinlər əsasən elektrik dartı sistemində işləyən müasir hərəkət tərkibləri ilə daşınır ki, bu da ekoloji tarazlığın saxlanılmasına öz müsbət təsirini göstəməkdədir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020