Azərbaycan Avropa Kubokunda iki medalla 11-ci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Azərbaycan Avropa Kubokunda iki medalla 11-ci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
İspaniyanın paytaxı Madriddə böyüklər (kişi və qadıblar) arasında cüdo üzrə Açıq Avropa Kuboku keçirilib. Azərbaycan da daxil olmaqla yarışda 46 ölkəni təmsil edən 703 tatami ustası medallar uğrunda mübarizə aparıb. Qeyd edək ki, 3-ü qadın olmaqla 13 cüdoçu ilə turnirə qatılan Azərbaycan yığması qazandığı iki medalla (bir gümüş, bir bürünc) ümumi komanda hesabında Portuqaliya. Böyükbritaniya, İzrail, Belçika, Çexiya və bir sıra ölkələri geridə qoymaqla 11-ci yeri tutub. Komanda hesabında birinci yerə ev sahibi İspaniya (5-1-4) çıxıb. Almaniyanın 7 (3-1-2) medalla ikinci olduğu bəlli turnirdə ilk üçlüyü isə Fransa (2-2-9) tamamlayıb.
Yığmamızın aktivinə yazılan gümüş medal yalnız həlledici final qarşılaşmasında büdrəyən Nazir Talıbovun (60 kq), "bürünc" isə kiçik finalda qalib gələn Leyla Əliyevanın aktivinə yazılıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


