Azərbaycan yığması Avropa çempionudur -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Azərbaycan yığması Avropa çempionudur -İNTİQAM təqdim edir (AZpress.AZ)
Slovakiyanın Koşitse şəhərində mini-futbol üzrə keçirilən Azərbaycan yığmasının da qatıldığı Avropa Çempionatı həlledici final matçı ilə başa çatıb. Sevindirici haldır ki, çempionatın qalibi baş məşqçisi Elşad Quliyev olan Azərbaycan yığması olub. Maraqlıdır ki, yığmamız sözügedən çempionata 6 qat Avropa çempionu adını daşıyan Rumıniya millisinə qarşı oyunla başlayıb (start oyunu) və bu komandaya qarşı final oyunu ilə də bitirib. Xatırladaq ki, startda rumınlara 0:2 hesabla uduzan yığmamız finalda revanş etməklə. həm də öz tarixində ilk dəfə olaraq, Avropa çempionu olub. Yığmamız AÇ-da çempionluq zirvəsinə gedən yolda 7 oyun keçirib və onlradan 6-da qalib gəlib. Xatırladaq ki, yer aldığı B qrupunda startda Rumıniyaya 0:2 hesabla uduzan yığmamız ardından İspaniya (5:10 və Albaniyanı (1:0) məğlub edədər 18 finala çıxıb. Burada İzraili 3:0 hesabla udan yığmamız 1/4 finalda ev sahibi olan Slovakiyanı 1:0, yarımfinalda Qazaxıstanı 3:2, finalda isə Rumıniyanı 1:0 hesabla mğlub edib.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





