Ordumuzun hərbçisi faciəvi şəkildə HƏLAK OLDU
Bu xəbəri paylaş
Ordumuzun hərbçisi faciəvi şəkildə HƏLAK OLDU
Kəlbəcərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə baş verib.
Respublika Hərbi Prokurorluğunun məlumatına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaqdır.
X X X
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində vəfat edib.
R.Əliyarov Xaçmaz rayonunun Xudat şəhərindəndir. Vəfat edən əsgərimizin özündən böyük 2 qardaşı var. O, evin sonbeşiyidir.
R.Əliyarovun valideynləri Xudatda zəhmətkeş insanlar kimi tanınır.
Qeyd edək ki, Riyad Əliyarov sabah Xudat şəhərində torpağa tapşırılacaq.Unikal
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)