Beş güləşçimizdən dördü finalda, birisə üçüncülük uğrunda güləşəcək -İNTİQAM təqdim edir (AZpress.AZ)

Beş güləşçimizdən dördü finalda, birisə üçüncülük uğrunda güləşəcək -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Dünən Rumıniyanın paytaxtı Buxarestdə gənc güləşçilər arasında Avropa çempionatına start verilib. Yunan-Romaçıların çıxışı ilə startı verilən çempionatın ilk günü beş təmsilçimiz mübarizəyə qatılıb ki, onlardan da dördü finala çıxaraq çempionluq, birisə üçüncülük uğrunda güləşmək imkanı qazanıb. Bu isə o deməkdir ki, artıq dörd güləşçimiz ən pis halda çempionatın gümüş medalını özünə təmin edib.

 

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk gündə mübarizəyə qatılan beşliyimizdən Elvin İbadov (48 kq), Fəraim Mustafayev (55 kq), Seymur Qasımov (65 kq) və İsmayıl Rzayev bu gün finalda qızıl medal, Məzahim Mərdanovsa (110 kq) kiçik finalda bürünc medal uğrunda güləşəcək.

 

Bu gün həm də daha beş güləşçimiz mübarizəyə qatılıb. Bu beşlikdə isə Hüseyn Cavadov (45 kq). Vədat Qasımlı (51 kq), Maqomed Qasımzadə (60 kq), Davud Məmmədov (71 kq) və Mikayıl İsmayılov (92 kq) yer alıb. Cümpionat davam edir. Yunan-Romaçıların ardından zərif cinsdən olan güləşçilər mübarizəyə qatılacaqlar.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020