Botanika İnstututunda Milli Qurtuluş Günü qeyd olunub Bakı şəhəri 14 iyun 2022-ci il +FOTO=4

Botanika İnstututunda Milli Qurtuluş Günü qeyd olunub Bakı şəhəri 14 iyun 2022-ci il +FOTO=4

Botanika İnstututunda Milli Qurtuluş Günü qeyd olunub

 

Bu gün AMEA Botanika İnstitutunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, 1993-cü ildə Azərbaycanın xilası yolunda fədakarlıq nümunəsi göstərən ulu öndər Heydər Əliyev xalqın təkidi tələbi ilə yenidən hakimiyyətə gələrək ölkəmizi çətin vəziyyətdən çıxarmağa müvəffəq olub. Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas edilib. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Hazırda həmin siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.
İnstitutun icraçı direktoru, b.e.d., Şakir Qasımov çıxışında 1993-cü il iyunun 15-dən ötən dövrdə Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan danışıb. Alim bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycan yeni bir mərhələyə daxil olub. Ulu öndər Heydər Əliyevin ictimai, siyasi, iqtisadi və mədəni həyatımızla bağlı ideyaları artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Ulu Öndərin müəyyən etdiyi müdrik siyasi kurs və strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz sürətlə inkişaf edir.
Tədbirdə institutun Həmkarlar Komitəsinin sədri, b.ü.f.d. Şəkər Muxtarova, elmi katibi, b.ü.f.d. Xuraman Xəlilova və digər çıxış edənlər Milli Qurtuluş Gününün ictimai-siyasi, tarixi əhəmiyyətindən danışıblar.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020