Zurabişvili əhalini mitinqə çağırdı

Zurabişvili əhalini mitinqə çağırdı 

 

Gürcüstan Prezidenti Salome Zurabişvili xalqı mitinqə çağırıb.

Bu barədə Gürcüstan mediası məlumat yayıb.

Bildirilib ki, Zurabişvili vətəndaşları iyunun 16-da paytaxt Tbilisidə Avropaya inteqrasiya siyasətinə dəstək aksiyasına qoşulmağa səsləyib. Aksiya Avropa meydanına təşkil olunacaq:

“İyunun 16-da sizi Avropa Meydanına və Rike Parkın yaxınlığında toplaşmağa dəvət edirəm. Gəlin, bir-birimizin gözünə baxaq və Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi və iradəmizi göstərək. Əhali, cəmiyyət, siyasi partiyaların nümayəndələri, hakimiyyət - hamımız sadə vətəndaş olacağıq. Çıxışlar, bəyanatlar, plakatlar olmayacaq”.

Qeyd edək ki, mitinq yerli vaxtla saat 17:00-a planlaşdırılıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020