Cavadxan Qasımov: Naxçıvan Dövlət Universitetində TEC mövzuların işlənməsi təqdirəlayiqdir

Cavadxan Qasımov: Naxçıvan Dövlət Universitetində TEC mövzuların işlənməsi təqdirəlayiqdir

Cavadxan Qasımov: Naxçıvan Dövlət Universitetində TEC mövzuların işlənməsi təqdirəlayiqdir

 

Naxçıvan Dövlət Universitetində davam etdirilən inkişaf istiqamətli tədbirlər, bütün tərəfləri ilə tələbələrin elmi araşdırma vərdişlərinin inkişafına xidmət etməkdədir. Hər bir tələbə, artıq sabahın və gələcəyin çağırışlarının və tələblərinin mahiyyətini dərk edir, bilik və bacarıqlarını bu istiqamətdə qura bilir, elmin rolunu, dəyərini və əhəmiyyətini üstün tutur. Bu, universitetin Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə götürülmüş ETİ -nin yerinə yetirilməsində və tamamlanmasında bir daha görünmüş oldu.

 

Ali Məktəbimizin fakültələrində TEC mövzularının müəyyən olunmasına diqqət etdikdə aydın olur ki, artıq tələbələr:

- elm, tədris, cəmiyyət qarşısında duran aktual problemlərin düzgün müəyyən olunmasında hazırlıqlıdırlar;
- onların həll olunmasında zəruri olacaq vasitələr, resurslar və mexanizmləri dürüst müəyyən edə bilirlər;
- alternativ tədqiqat üsullarından istifadənin mahiyyətini və əhəmiyyətini təyin etməyi bacarırlar;
- müvafiq fənnlər üzrə nəzəriyyədən təcrübəyə keçid üçün mexanizmlərin məqsədyönlülüyünü görə bilirlər;
- elmi rəhbərlərlə əlaqəli və qarşılıqlı müzakirələr şəraitində araşdırmanı təşkil edə bilirlər və s.

 

Təbii olaraq, TEC mövzularının işlənməsi də daxil olmaqla, tələbələrin öyrənmə, araşdırma, yanaşma bacarıqlarının inkişafında motivasiya amilinin də mühüm təsirini qeyd etmək yerinə düşər ki, burada da, Naxçıvan Dövlət Universitetinin hazırkı təcrübəsi təqdirəlayiqdir. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan universitetimizdə elmi, nəzəri biliklərin artırılması və onun təcrübə ilə düzgün əlaqləndirilməsi sahəsində təminatlılıq mövcud olmaqdadır. Hörmətli Rektorumuzun rəhbərliyi altında hər bir tələbə bu təminatla əhatə olunduğuna tam əmindir.

 

Çox sevindiricidir ki, 2021-2022-ci tədris ilində TEC mövzularının müəyyən olunmasında işğaldan azad olunan ərazilərimizin iqtisadi inkişafı, orada yeni iqtisadi prioritetlərin əlçatanlığı və milli iqtisadiyyatın bundan sonrakı inkişafında fəal iştirakına aid olan mövzular da yer almışdır.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020