Bülbül adına Orta İxtisas Musiqi Məktəbində 2021-2022-ci tədris ilinin "Son zəng" tədbiri keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=101)

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində 2021-2022-ci tədris ilinin "Son zəng" tədbiri keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=101)

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində 2021-2022-ci tədris ilinin "Son zəng" tədbiri keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=101)

 

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ənənəvi "Son zəng" tədbiri keçirildi.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, məktəbin direktoru Azərbaycan Respublikasının Xalq artisti, Teymur Göyçayev, Musiqi İşləri üzrə direktor müavini Rəna Vəzirova, Ümumtəhsil şöbəsi üzrə direktor müavini Nigar Baxşiyeva məzunları təbrik edərək, onların bu gündən yenə həyata qədəm qoyduqlarını, bu yolda onların heç vaxt büdrəməməsini, gələcəkdə isə yaradıcılıq uğurları arzuladılar. Çıxış edən hər bir müəllim, şagirdlərimizin hər il olduğu kimi bu ildə ali məktəblərə qəbulda yüz faiz nəticə göstərəcəklərindən əmin olduqlarını söylədilər.

 

Məzunlar öncə bu çətin yolda onlarla birlikdə əziyyət çəkən müəllim və valideyinlərinə təşəkkür edərək, vətənimizə, xalqımıza layiqli övlad olacaqlarını, klassik musiqinin sirrlərini gələcək nəsillərə ötürəcəklərini, musiqimizi bütün dünyada layiqincə təmsil edəcəklərini, Azərbaycan adını daim yüksək zirvələrə qaldıracaqlarına and içdilər.

 

Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdi.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020