15-ci ilimizdə müştərilərimizə hədiyyə!
Bu xəbəri paylaş
Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” fəaliyyətinin 15 illiyi münasibətilə biznes sahibləri üçün qeyri-kredit məhsullar üzrə xüsusi təkliflər hazırlayıb.
Vebsayt və ya mobil tətbiq olmadan nağdsız ödənişləri onlayn qəbul etmək istəyən sahibkarlar “Linklə ödəniş” xidmətindən xüsusi şərtlərlə faydalana bilər. Belə ki, 16 iyun 2022-ci il tarixindən başlayaraq xidmətə qoşulan ilk 15 müştəri növbəti 15 gün ərzində bu xidmətdən ödənişsiz yararlanmaq imkanı əldə edəcək. “Linklə ödəniş” xidməti haqda daha ətraflı məlumat və müraciət üçün keçid: https://pshb.az/3MuXwVG
Eyni zamanda, 16 iyun tarixində “PAŞA Bank”da biznesi üçün hesab açan kiçik və orta biznes sahibləri növbəti 15 gün ərzində “PAŞA Biznes” mobil tətbiqi ilə yaradılan və imzalanan 40 000 AZN-dək ölkədaxili ödənişləri komissiyasız həyata keçirmək imkanı əldə edəcək.
Hesab açmaq üçün onlayn banka keçid: https://pshb.az/3zte39J
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları customer.care@pashabank.az ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)