Azərbaycan pəhləvanları Romada güləşəcəklər -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Azərbaycan pəhləvanları Romada güləşəcəklər -İNTİQAM təqdim edir (AZpress.AZ)
Pəhləvanlarımız arasında 3 qat dünya çempionu Hacı Əliyev də var.
İyunun 22-dən 25-dək İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone Memorialı keçiriləck. Azərbaycan güləşçiləri də daxil olmaqla Memorialda 320-dən çox pəhləvanın çıxışı gözlənilir. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ölkəmiz sözügedən Memorialda 30 güləşçi ilə təmsil olunacaq. İdmançılarımız yalnız sərbəst və yunan-Roma güləşi üzrə yarışlara qatılacaq. Sərbəst güləş yarışında Əliabbas Rzazadə, Əfqan Xaşalov (hər ikisi 57 kq), İslam Bazarqanov, Tural Hüseynov (hər ikisi 61 kq), 3 qat dünya və Avropa çempionu Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Coşqun Əzimov, Murad Yevloyev (hər ikisi 70 kq), Cəbrayıl Hacıyev, Turan Bayramov, Hacımurad Hacıyev (hamısı 74 kq), Əşrəf Əşrəfov, Hacımurad Omarov (hər ikisi 79 kq), Orxan Abbasov, Abubəkr Abakarov (hər ikisi 86 kq), Osman Nurmaqomedov (92 kq), İlyas İlyasov, Maqomedxan Maqomedov (hər ikisi 97 ka) və Vahit Qalayev (125 kq) mübarizə aparacaq.
Yunan-Romada isə Murad Məmmədov, Eldəniz Əzizli, Nihat Məmmədli (hamısı 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), İslam Abbasov (87 kq). Arif Niftullayev, Murat Lokayev (hər ikisi 97 kq), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi 130 kq) özünü sınayacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)