Daha bir güləşçimiz Avropa çempionu oldu -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Daha bir güləşçimiz Avropa çempionu oldu -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu dəfə Qasımzadə fərqlənib
Rumıniyanın paytaxtı Budapeştdə gənclər arasında idman güləşi üzrə keçirilən Avropa çempionatı davam edir. Çempionatın üçüncü günü də Azərbaycan güləşçiləri üçün uğurlu sonluqla bitib. Belə ki, döşək üzərinə çıxan növbəti beş təmsilçimizdən yenə də dördü mükafatçılar arasında yer alıb. Medallardan biri qızıl, ikisi gümüş, birisə bürünc əyarlı olub. Qızıl medal 60 kq-da çıxış edən Maqomed Qasımzadənin payına düşüb. Final da daxil olmaqla bütün görüşlərini qələbə ilə başa vuran Qasımzadə həmyaşıdları arasında Avropa çempionu adını qazanmaqla yanaşı, həm də yığmamızın aktivinə ikinci qızılı yazdırıb. Daha iki finalçımız - Vədat Qasımlı (51 kq) ilə Davud Məmmədov (71 kq) həlledici qarşılaşmada büdrəyərək, gümüş medalla kifayətlənib. 45 kq-da güləşən Hüseyn Savadovsa çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.
Bununla da qitə çempionatına 10 nəfərlə qatılan yunan-Roma güləşi üzrə yığmamız çempionatı 2-si qızıl, 5-i gümüş və 1-i bürünc əyarlı olmaqla 8 medalla başa vurub.
Bu gün mübarizəyə qatılan 4 qız güləşçimizə gəlincə, onlardan da ikisi - Elvina Kərimzadə (43 kq) ilə Ruzanna Məmmədova (49 kq) daha uğurla cıxış edərək, finala çıxıb və ən azından gümüş medalı qarantlayıb. Günay Qurbanovasa (57 kq) təsəlliverici görüşlərə qatılaraq, bürünc medal uğrunda mübarizə aparmaq imkanı qazanıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)