Gülağa Tənha: Tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.
Bu xəbəri paylaş
Gülağa Tənha:
Tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.
Azəebaycan dövlətçiliyinin tarixində elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulmuşdur. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.
1993-cü ilin yayında vətəndaş müharibəsi həddinə qədər yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə təhlükə altına aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin ağır sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğu zərurəti yaratmışdı. Belə bir vəziyyətdə xalqımız Azərbaycan dövlətini xilas etmək üçün ümummilli lider Heydər Əliyevə üz tutmuşdur.
Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan, böyük müsibətlərdən xilas etdi.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Bu, sadə qayıdış deyildi, bu, dövlətimizin sütunlarının bərkidilməsi, xalqın işıqlı sabahı, uğurlarının təməl günü idi! Bu, müstəqilliyimizin əbədi olması, ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin həlli, ölkənin bölünməkdən xilası, Azərbaycanın səsinin dünyanın ən ali kürsülərindən eşidilməsi idi! Bu, həm də Milli Ordunun yaradılması, atəşkəsin elan olunması, hüquqi və milli dövlətin formalaşması, “Əsrin müqaviləsi”, qədim İpək Yolu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin istismara verilməsi ilə dövlətin iqtisadi dayaqlarının daha da gücləndirilməsi idi.
Ölkəmiz bütün bu uğurlara Ulu öndərin şəxsiyyəti, mükəmməl idarəetmə qabiliyyəti, uzaqgörənliyi sayəsində nail oldu. Cəmiyyət həyatının bütün mərhələləri sarmış xaosun, böhranın, daxili çəkişmələrin uğurlu siyasət, fəal diplomatiya ilə əvəzlənməsi Qurtuluş Gününün tarixi əhəmiyyətini şərtləndirən əsas amildir
Bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır.Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)