Qabil İBRAHİMLİ: Dünyanı lərzəyə salan Şekspir Mingəçevir səhnəsində

Qabil İBRAHİMLİ: Dünyanı lərzəyə salan Şekspir Mingəçevir səhnəsində

Qabil İBRAHİMLİ: Dünyanı lərzəyə salan Şekspir Mingəçevir səhnəsində 

 

Antiq dövrün dramaturgiyasından söz düşəndə dilə ilk gələn Esxil, Sofokl, Evripidin adarı olursa, intibah dövrünün dramaturgiya sərvəti zirvəsində qeyri –şərtsiz görkəmli ingilis dramaturqu Vilyam Şekspirin adı çəkilir. Cəmi 37 pyes yazan Şeksprin bütün yaradıcılığının mayasında insan ləyaqətinin ucalığı, mənəvi yüksəkliyi, insanpərvərlilik, dərin həyatilik durur və məhəbbət ülviliyi dayanır. Şekspir əsərlərinin mövzusunu müxtəlif dövrlərdən, müxtəlif ölkələdən götürsədə müasir ingilis həyatını, doğma xalqını təsvir, tərənnüm edirdi. Buna görə də hamı, hətta rəqibləri belə onu istedadlı, vətənpərvər bir dramaturq kimi tanıyırdılar və qiymətləndirirdilər.

 

Şekspir 1612- ci ildə Londondan doğma şəhəri Stratforta qayıdır və ömrünün axırına qədər burada yaşayır. O 1616- cı il aprel ayının 23-də anadan olduğu gündə 52 yaşında vəfat edib və bu şəhərdə dəfn olunub . Cəmi 52 il ömür sürən bu dahinin ədəbi irisi 2 poema, 154 sonet və 37 pyesdən ibarət olub. Belə bir ədəbi iris də zaman-zaman öyrənilir və hələ də bütün dünyada öyrənilməkdədir. Onun bütün pyesləri ən məhşur teatrların səhnəsində oynanılmışdır. Amma bəzi teatrlarda rejissorlar Şekspir əsərlərinə quruluş verməyə tərədüd edirlər. Bunu da səbəb kimi teatrın truppasında Sekspir personajlarının olmamasını bəhanə gətirirdilər. Lakin bu, belə deyil! Sadəcə bu pyeslərdə Şekspir ideyasının tam mahiyyətini açmaqda, onun ülviliyini tam dərk etməkdə bir az çətinliklər var. Bunun üçün dramaturqu dərindən mütaliə etmək, onu mükəmməl öyrənmək heç olmasa dahi dramaturqun onun yaradıcılığının sənət incilərinin 40-50% olmaq lazımdır. Bu da rejissordan və aktyorlardan çox zəhmət, orjinal ideya, düşüncə tərzi tələb edir. Elə bu səbəbdəndir ki, bəzi rejissorlar Şekspirin pyeslərinə quruluş verməyə tərəddüd edirlər. Əlbəttə, bu mənim şəxsi fikrimdir. Bəlkə də başqa səbəblərdə var. Bax, onu mən bilmirəm.

 

Bildiyim odur ki, Vilyam Şekspir teatrlar üçün bir məktəb, rejissor və aktyorlar üçün bir universitet, bir akademiyadır! Bütün dövlət teatrlarının repertuarında Şekspir əsərləri olsa bu həm tələbkar tamaşaçılarımıza zövq verər, həm də ki, teatrların yaradıcılıq truppasının yüksək inkişaf mərhələsində olduğundan xəbər verər.

 

Yaxşı yadımdadır Mədəniyyət və İncəsənət Universitetində təhsil alırdıq. Tələbə yoldaşlarımızla birgə adını çəkmək istəmədiyim teatrların birinə gedib bir tamaşaya baxdım. Həmin tamaşaya Universitetin baş müəllimi, tanınmış pedaqoq və görkəmli rejissor mərhum Nəsir Sadıqzadə də baxırdı. Tamaşa qurtardı. Biz metroya qədər Nəsir müəllimlə birgə getdik. Deyəsən tamaşa və pyes onun xoşuna gəlməmişdi. Biz onun fikrini öyrənmək istədik. (Nəsir müəllim həmişə tələbələrlə çox səmimi davranırdı). Axı onun fikirlərini bilmək bizim üçün çox maraqlı idi. Artıq metroya çatmışdıq. Nəsir müəllim dayanıb bizi qayğıkeş baxışları ilə süzüb dedi “Uşaqlar dramaturgiya bilirsiz necə olar? İndi baxdığımız pyes kimi yox. Şekspir bir dəsmalla Otellonun faciəsini yaşadı. Bütün dünya ədibləri, rejissorlar hələ də o dəsmalın bu faciənin kökünü tapmaqda çətinlik çəkirlər. Hərə öz yozumunu verir. Bax, pyesdə konfilikt, düyün nöqtəsi belə olur Bu həm rejissor üçün həm də aktyor üçün maraqlı bir işdir “.

 

O gündən bu günə qədər hər bir əsəri oxuduqca, hər bir filimə və yaxud tamaşaya baxdıqca Nəsir müəllimin o sözlərini xatırlayıb hər bir ədəbi əsərlərdə konfilikti, düyün nöqtəsini izləyib rejissor yozumunun mahiyyətini dərindən dərk eləməyə çalışıram.

 

Elə məncə Şekspirin beş ən məşhur faciəsi demək olar ki, dünyanın elə ən məşhur teatrlarında oynanılıb, ssenarilər yazılıb, bir neçəsinə filimlər də çəkilib. “Romeo və Culyetta”da təmiz məhəbbət, “Kral Lir” də ülvi ata sevgisi, “Hamlet “ və “Maqbet” də hakimiyyət hərisliyi və hakimiyyət ehtirası, “Otello”da isə fəlakətə düşmüş böyük bir inam.

 

… Bu il 2022-ci il may ayının 14-ündə Mingəçevir Dövlət Dram Teatrında bir teatr təntənəsi yaşandı. Belə ki, “Otello” pyesinin motibvləri əsasında “Yad” tamaşası nümayiş olundu. Tamaşanın quruluşunu teatra yenicə təyin olunmuş gənc baş rejissor, Boris Şukin adına Moskva Ali Teatr İnstitutunun məzunu Vüsal Mehrəliyev vermişdir. Vüsal Mehrəliyev teatra gəldiyi qısa müddətdə artıq 3 tamaşa və bir neçə kompazisiyalar hazırlayıb və hamısını böyük uğurla təhvil verib. Özünün çox işgüzar, məsuliyyətli və bacarıqlı rejissor olduğunu qısa müddətdə kollektivə, eyni zamanda Mingəçevir tamaşaçılarına sübut edə bilib. Bir mənalı desək Vüsal Mehrəliyev, bu gün Azərbaycan teatrlarında olan çox az novator rejissorlardandır. “Yad” tamaşası əvvəlcə qeyd etdiyim kimi “Otello” nun motivləri əsasındadır. Tamaşanın janrını da rejissor özü müəyyənləşdirib və maraqlı janr tapıb. “ Versiya” janr maraqlıdır. Deyilmi? Vüsal Mehrəliyev deyir ki, “yəni bu Şekspirin yox, mənim yozumumdur, mənim versiyamdır. Hər şey belə də ola bilər”. Bu faciədə məşğul olan bütün aktyorlar bir neçə il əvvəllər teatrda yaradılmış teatr studiyasının yetirmələridir. Hamısı gənclərdir. Tamaşada 11 aktyor iştirak edir. Bunların hamısı da deyərdim ki, ehtimadı doğruldub. Səhnənin tərtibatı da çox maraqlıdır. Quruluşçu rəssam Pakizə Adilbəyli rejissor deyimini başa düşə bilib.Tərtibat rejissorun fikirləri ilə üst- üstə düşür. Tamaşanı tamamlayır. Bu gənc rəssamın səhnədə ilk böyük işidir. Təbii ki, rəssama da rejissorun böyük köməyi olub. Hadisələr tamaşa boyu bir məkanda cərəyan edib. Vüsal Mehrəliyev rejissor kimi, bir məkandan çox böyük məharətlə istifadə edə bilib. Tamaşaçı da hadisələri bir məkanda izləməkdən yorulmur, əksinə zövq alır. Çünki, bu məkanda aktyorlara verilən mizanlar da yerində verilmişdir və şərtiliklərlə zəngindir. Məlumdur ki, əksər novator rejissorlar yüksək təxəyyülə malik olduqlarından səhnə şərtiliklərindən məharətlə istifadə edə bilirlər. Bu tamaşada da ştangentdən asılan 3 ağ pərdələr maraq doğurur. Yuxarı ağ pərdə alidir, cənnətdir, Şekspir dünyasıdır. Ora əksər personajlar yüksələ bilməz. Orta ağ pərdə bizim yaşadığımız dünyadır. Ağ pərdələr göydən gəlir, cənnətdir, haqq dünyasıdır.Yaqo tez-tez girib çıxdığı zirzəmi isə qaranlıq dünyadır. Bax, bu, əsl cəhənnəmdir. Tamaşa aktyorlara verilən cəld - çevik mizanlarla zəngindir. Bu da tamaşanın dinamikasını daha da artırır və bu mizanlar çox maraqla qarşılanır. Tamaşadan sonar biz Vüsal Mehrəliyevlə həmsöhbət olduq. O, belə dedi: “Mən teatra baş rejissor təyin olunduğum gündən teatrın direktoru və eyni zamanda bədii şuranın sədri Anar Quliyevlə bir neçə saat maraqlı söhbətimiz oldu. Anar Quliyevdə director vəzifəsinə yeni təyin olunub. Söhbətimizin əsasında fikirlərimiz üst-üstə düşdü. Belə ki, direktor düzgün repertuar seçilməsini, repertuarda müasir əsərlərlə bərabər klassikanın yer tutmasının tərəfdarı olduğunu bildirdi. Aktyor truppamızın əksəri gənclərdi. Onlara klassikanı öyrətmək və sevdirmək lazımdır. Mən də belə etdim. İlk iri həcmli əsər elə Şekspir oldu. Mən bu “Yad” tamaşasını hələ Moskvada təhsil alarkən tələbə yoldaşlarımın iştirakı ilə qurmuşam. Onlarda gənclər idi. Müəllimlərimin o vaxtlar dediklərinə görə tamaşa maraqlı alınmışdı. İndi də Mingəçevir Dövlət Dram Teatrında bu tamaşanı gənc aktyorlarla qurmuşam. Necəsini sizlər, tamaşaçılar və teatr mütəxəssisləri deyə bilər”.

 

Vüsal Mehrəliyev belə dedi: “Bizim isə gördüyümüz bu neçə gündə tamaşa oynanılanda tamaşanın çox hərarətlə qarşılamağı oldu. Və ümid edirəm ki, indən sonra da belə olacaq. Deməli, söhbət hərarətdən və alqışlardan gedirsə tamaşa alınıb. Bu tamaşada teatrın bütün kollektivinin xidməti var. Başda iştirak edən aktyorlar Venesiya Hersoqu –Paşa Salmanov, Prabansio – Elvin Əkbərli, Senator – Amil Fərzəliyev, Otello – Asim Əmirov, Kassio – Afiq Yusifov, Yaqo – Hüseyn Mustafayev, Rodriqo – Eyvaz Əliyev, Montanno – Turqut Məsimli, Emilya – Vəfa İsmayılova, Dezdemona- Vüsalə Quliyeva, Biyanka – Ceyhun Əhmədov, yaxşı oyun nümayiş etdirdiklərinə görə bu gənclərə minnətdaram. Musiqi tərtibatçıları Elnur Rəsulov və Gülcahan xanıma, rejissor asissenti Məlahət Ağayevaya dərindən təşəkkürümüzü bildiririk. Bir sözlə bu tamaşada xidməti olan hər bir kəsə çox sağ olun, uğurlarınız bol olsun deyirəm”.

 

Bəli bu “ Yad” tamaşası Mingəçevir Dövlət Dram Teatrının çox saylı uğurlarından biri oldu. Bu yeni uğurun yarım əsirdən çox yaşı olan bir dövlət teatrında artıq xüsusi yeri var. Çünki bu teatrda Vilyam Şekspirə ilk dəfə müraciət olunub. Bu müraciətdə uğurlu alınıb. Bundan qürur duymağa dəyər. Ona görə dəyirəm ki, dünyanı lərzəyə salan Şekspir Mingəçevir səhnəsindədir. İnanıram ki, bu tamaşa tezliklə Bakıda, paytaxt tamaşaçılarına da göstəriləcək. Onlar da bu tamaşanı uğurla qarşılayacaqlar. Uğurlarınız bol olsun!!! Amin!!!

Qabil İBRAHİMLİ

 

 

 

 

 

 

 

 

 

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020