Mini-futbol üzrə Avropa Kuboku Bakı küçələrində nümayişi konsertlə başa çatıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Mini-futbol üzrə Avropa Kuboku Bakı küçələrində nümayişi konsertlə başa çatıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Xəbər verdiyimiz kimi, Azərbaycanın mini-futbol üzrə yığma komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa Kubokunun qalibi olub. Bu gün isə Avropa çempionu adını daşıyan yığma komandamız sahib çıxdığı kuboku paytaxt Bakının küçələrində nümayiş etdirib. Saat 16:30-dan etibarən Hüseyn Cavid parkının yanından start götürən avtobus milli komandanın üzvləri ilə birlikdə “Flame Towers”, Qoşa Qala qapısı, Qız qalası, Azneft meydanı və Bayraq meydanı istiqamətində olan marşrut üzrə hərəkət edib. Sonra isə millinin üzvlərini aparan avtobus Zəfər Parkı ilə hərəkət edərək Ağ Şəhər Bulvarında dayanıb. Yığmamızın azarkeşləri avtobusu müşayət edib. Saat 19:00-da isə millimizin şərəfinə Ağ Şəhər Bulvarında təşkil edilən konsert proqram başlayıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)