Paraüzgüçümüz Vəli İsrafilov dünya çempionu olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Paraüzgüçümüz Vəli İsrafilov dünya çempionu olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Portuqaliyanın Madeyra şəhərində paraüzgüçülük üzrə dünya çempionatı keçirilir. Çempionatda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandanın üzvüləri də iştirak edirlər. Bu gün yığmamızın üzvlərindən daha biri Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının qalibi Vəli İsrafilov fərqlənib. O, 100 metrəyə brass növündə 1.05:66 nəticə göstərməklə mundialın qızıl medalını qazanıb. Bununla da Azərbaycan komandasının aktivindəki medalların sayı 4-ə (2-2-0) çatıb. Xatırladaq ki, İsrafilovdan öncə, yığmamızın digər üzvü - Roman Saley biri qızıl, ikisi gümüş əyarlı olmaqla 3 medal qazanmışdı.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020