Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! Qiymətlər payıza qədər belə olacaq
Bu xəbəri paylaş
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! Qiymətlər payıza qədər belə olacaq
Son aylar ərzində Azərbaycanın avtomobil bazarında bahalaşma qeydə alınmayıb.
Bunu nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, bu ilin başlanğıcında ötən dövrlə müqayisədə avtomobil bazarında təxminən 2-5 faiz qiymət artımı müşahid edilib:
“Aprelə nisbətən may ayında avtomobil bazarında canlanma olub. Yay fəslinə doğru getdikcə, avtomobil alanların sayı artır. Bu ilin payızına kimi avtomobil bazarında ciddi qiymət artımı müşahidə etməyəcəyik”.
E.Cəfərovun fikrincə, 2-5%-lik qiymət artımı istehlakçı şirkətlərlə bağlıdır:
“İkinci əl avtomobil bazarında əsas tələb heçbek və sedanlaradır. Onların mühərrik həcmi 1500-dən 2500 kubsantimetrə qədərdir. Bundan əlavə, yeni maşınların bazarında isə tələb krosoverlərədir”.Modern
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)