Gənc boksçularımız Qori turnirində -İNTİQAM təqdim edir (AZpress.AZ)

Gənc boksçularımız Qori turnirində -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bu gün Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi beynəlxalq turnirə start veriləcək. Dörd gün davam edəcək turnirdə Azərbaycan boksçuları da iştirak edəcəklər.

 

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, ölkəmiz Qori turnirdə baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında 14 boksçu ilə təmsil olunacaq. Məşqçilər korpusu yarışda Kənan Babayev (48 kq), Amin Məmmədzadə, Tural Sarıyev (hər ikisi 51 kq), Kamil Babayev, Mahir Süleymanov (hər ikisi 54 kq), Bayramov Arif, Mətin Məmmədov (hər ikisi 57 kq), Taci Tağızadə (60 kq), Səid Abdullayev (67 kq), Sənan Hətəmov (71 kq), Rza Rzazadə (75 kq), Aslan Mövsümov (86 kq), Rəşid Məmmədov (92 kq) və Səbuhi Əlizadəyə (+ 92 kq) şans verəcək.

 

Daha bir həmyerlimiz - beynəlxalq dərəcəli hakim Anar Nağdıyev isə Gürcüstanda döyüşləri idarə edəcək referilər arasında yer alacaq.

 

Qeyd edək ki, yarış gənclərin qarşıdakı dünya birinciliyinə hazırlıq xarakteri daşıyır.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020