Azəbaycan cüdoçuları Xorvatiya toplanışında -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azəbaycan cüdoçuları Xorvatiya toplanışında -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Azərbaycanın kişi cüdoçulardan ibarət əsas komandası Xorvatiyanın Poreçe şəhərində beynəlxalq təlim-məşq toplanışına başlayıb. İyunun 21-dək davam edəcək toplanışa yığmanın liderlərindən Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), yenicə milliləşdirilmiş Səid Mollai (81 kq) və başqaları cəlb edilib. Qeyd edək ki, hazırda Avropa Çüdo İttifaqı həmin ölkədə cüdo festivalı təşkil edib.

 

Xatırladaq ki, Azərbaycan cüdoçuları yunun 24-dən 26-dək Moqolıstanın paytaxtı Ulan-Batorda kişi və qadın cüdoçular arasında keçirilməsi nəzərdə tutulan reytinq xarakterli növbəti "Böyük Dəbilqə" turnirinə qatılmayacaq. Monqolıstanda ilk dəfə keçiriləcək "Böyük Dəbilqə"də Azərbaycan istisna olmaqla, 29 ölkədən 275 tatami ustası mübarizə aparacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020