Mərkəzi Gömrük Hospitalında İsrailin Səhiyyə Nazirliyinin nümayəndəsi ilə görüş keçirilib

Mərkəzi Gömrük Hospitalında İsrailin Səhiyyə Nazirliyinin nümayəndəsi ilə görüş keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “İsrail Tibb Günü” çərçivəsində Azərbaycana səfər edən İsrail Dövlətinin Səhiyyə Nazirliyinin  şöbə mudiri İzabella Karakas ilə Mərkəzi Gömrük Hospitalında görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və rəis müavini İsmayıl Əfəndiyev iştirak ediblər.
 

“İsrail Tibb Günü” missiyasının ölkələrarası əlaqələrin inkişafına, bu sahədə əməkdaşlığın genişləndirilməsinə böyük  töhfə  verəcəyini bildirən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov  Mərkəzi Gömrük Hospitalında icra olunan unikal əməliyyatlar,  eyni zamanda COVİD-19 pandemiyası dövründə görülən işlərdən ətrfalı məlumat verib. Ceyhun Məmmədov qeyd edib ki, İsrailli həkimlərin hazırkı missiyası son dərəcə mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu cür tədbirlərin keçirilməsi hər iki ölkənin həkim və tibb işçilərinin bilik və bacarıqlarının artırılması, təcrübə qazanması baxımından təqdirə layiqdir.


İsrailin Səhiyyə Nazirliyinin nümayəndəsi İzabella Karakas tibb sahəsində əldə olunan nailiyyətlər, ölkələrimiz arasında sıx əməkdaşlıq və bu missiya çərçivəsndə Azərbaycanda həyata keçirdiklər tədbirlər barədə ətraflı məlumat verib. Həmçinin, İzabella Karakas ətraf mühitin epidemioloqu kimi apardığı tədqiqatlar, uşaqların sağlamlığı, o cümlədən uşaqlarda ana bətnində yaranan ilkin problemlərdən danışıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020