İlham Əliyevə Fateh Sultan Mehmedin qılıncının eynisi hədiyyə edildi +FOTO=3

İlham Əliyevə Fateh Sultan Mehmedin qılıncının eynisi hədiyyə edildi +FOTO=3

İlham Əliyevə Fateh Sultan Mehmedin qılıncının eynisi hədiyyə edildi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

 

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

 

Binəli Yıldırım Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirdi, bu tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Qonaq Forumun dünya miqyasında ən mühüm tədbirlərdən biri olduğunu bildirdi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Forum iştirakçılarına müraciətini çatdırdığını məmnunluqla qeyd etdi.

 

Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə ötən gün Şuşada beynəlxalq konfransının keçirilməsinin önəmini vurğulayan Binəli Yıldırım həmin tədbirdə də vacib müzakirələrin aparıldığını dedi.

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Binəli Yıldırım dövlətimizin başçısına xatirə hədiyyəsini təqdim edərək bildirdi ki, bu, İstanbulu fəth edən Fateh Sultan Mehmedin qılıncının eynisidir və Qarabağın fatehi Prezident İlham Əliyevə hədiyyə olunur.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020