AÇ-da meydan sərbəst güləşçilərə verilir -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
AÇ-da meydan sərbəst güləşçilərə verilir -İNTİQAM təqdim edir (AZpress.AZ)
Rumıniyanın paytaxtı Buxarest şəhərində 17 yaşlılar arasında güləş üzrə keçirilən Avropa çempionatı davam edir. Çempionatda artıq yunan-Romaçıların (klassiklər) və qızların yarışına yekun vurulub. Bu gündə etibarən meydan sərbəst güləşçilərin ixtiyarına verilir. Qitə birinciliyinin son 3 günündə ölkəmizi böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), Ağa Qasımov (60 kq), İlyas İsayev (65 kq), Ağanəzər Novruzov (71 kq), Şəmistan Axundov (80 kq), Rəvan Musayev (92 kq) və Yusif Dursunov (110 kq) təmsil edəcək.
Qeyd edək ki, bu gün 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə start verəcək. Digər 5 çəkidə yer alan idmançılar isə iyunun 18-də xalça üzərinə çıxacaq. Artıq güləşçilərimizin ilk rəqibləri də bəllidir.
Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, güləşçilərimizdən Sadiq Hüseynov (45 kq) 1/4 finalda erməni Arman Harutyunyanla qarşılaşacaq.
Vasif Bağırov (48 kq) təsnifat mərhələsində rumıniyalı Kristian Andrey Nequrayla üz-üzə gələcək.
Elman Ağayev (51 kq) mübarizəyə 1/4 finaldan qoşulacaq və Laşa Qoqadze (Gürcüstan) - Qabriel Florin Mihalkea (Rumıniya) görüşünün qalibiylə güləşəcək. Camal Abbasov (55 kq) debütdə yunanıstanlı Pavlos Koronidislə gücünü sınayacaq. Ağa Qasımovun (60 kq) startda rəqibi ukraynalı Boqdan Oleksiyenko olacaq.
İlyas İsayev (65 kq) ilk görüşdə slovakiyalı Ferents Daniel Kovaçla qarşılaşacaq. Ağanəzər Novruzov (71 kq) təsnifat mərhələsində rumıniyalı Konstantin Morarla üz-üzə gələcək.
Şəmistan Axundov (80 kq) 1/8 finalda litvalı Daniel Boyçukla güləşəcək.
Rəvan Musayev (92 kq) ilk mərhələdə litvalı Armanis Tomas Barsamyanla gücünü sınayacaq.
Yusif Dursunovun (110 kq) ilk rəqibi isə macarıstanlı Marsel Yuritsa olacaq. Ümid edirik ki, sərbəst güləş üzrə yığmamız yunan-Romaçılarımızın çempionatdakı uğurunu davam etdirəcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)