Rəcəbovun da qatıldığı iddiaçılar turnirinə bu gün start veriləcək -İNTİQAM təqdim edir (AZpress.AZ)

Rəcəbovun da qatıldığı iddiaçılar turnirinə bu gün start veriləcək -İNTİQAM təqdim edir (AZpress.AZ)

Rəcəbovun da qatıldığı iddiaçılar turnirinə bu gün start veriləcək -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bu gün İspaniyanın paytaxı Madriddə möhtəşəm bir şahmat yarışına start veriləcək. Söhbət azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da qatıldığı iddiaçılar turnirindən gedir. Dünya Şahmat Tacı uğrunda keçiriləcək bu seçmə xarakterli turnidə Rəcəbovla yanaşı, Əlireza Firuca (Fransa), Dinq Liren (Çin), Yan Nepomniyaşiy (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Rixard Rapport (Rumıniya), Fabiano Karuana və Xikaru Nakamura (hər ikisi ABŞ) mübarizə aparacaq. Dairəvi sistem üzrə kerilməsi nəzərdə tutulan turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsenə qarşı tac və çempionluq uğrunda mübarizə aparmaq hüququ qazanmış olacaq. Xatırladaq ki, bu gün baş tutacaq ilk turda Rəcəbov ağ fiqurlarla Firucaya qarşı oynayacaq. Turun digər oyunlarına gəlincə, aşağıdakı cütlər qarşılaşacaqlar:

 

Dinq Liren (Çin) - Yan Nepomniyaşiy (Rusiya);
Yan-Kşiştof Duda (Polşa) - Rixard Rapport (Rumıniya);
Fabiano Karuana (ABŞ) - Xikaru Nakamura (ABŞ).
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020