Xalq artisti və Əməkdar artist adları LƏĞV EDİLİR

“Xalq artisti” və “Əməkdar artist” adları LƏĞV EDİLİR

“Xalq artisti” və “Əməkdar artist” adları LƏĞV EDİLİR

 

Ermənistan “Xalq artisti” və “Əməkdar artist” fəxri adlarını ləğv etməyə hazırlaşır. Əvəzində “Əməkdar Mədəniyyət İşçisi” və “Əməkdar İncəsənət Xadimi” titullarını saxlamaq istəyirlər.

Bu barədə Emənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan jurnalistlərə bildirib.

 Nazir deyib ki, mədəniyyət xadimlərinin fəaliyyətinə verilən qiymət müxtəlif müsabiqələrdə, festivallarda, konsertlərdə mükafatlar almaqla öz əksini tapmalıdır.

 “Nazirlik sənətçini “Xalq artisti” kimi müəyyənləşdirirsə, onda belə çıxır ki, qalanları xalqın deyil? Bu, sovet dövründən qalan bir mirasdır. Bunun müsbət elementləri ola bilər, lakin daha çox çaşqınlıq yaradır. Əsl qiyməti xalq verir”, - deyə Dumanyan vurğulayıb.

 Ermənistanda “Əməkdar artist” və “Xalq artisti” titulları 1931-ci ildə təsis edilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020