MEK-də Vikipediya təlimləri davam edir +FOTO=4

MEK-də “Vikipediya” təlimləri davam edir +FOTO=4

MEK-də “Vikipediya” təlimləri davam edir 

 

Mərkəzi Elmi Kitabxanada (MEK) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnstitutlarının əməkdaşları üçün “Vikipediya” təlimlərinə start verilib. Təlimlər ənənəvi və AMEA Naxçıvan Bölməsi Elm və Təhsil şöbəsi, AMEA Şəki Regional Mərkəzi, eləcə də AMEA Gəncə Bölməsi üçün onlayn formatda baş tutacaq.

 

Təlimin ilk günündə çıxış edən MEK-in baş direktoru, professor Məmməd Əliyev bildirib ki, pandemiya bitdikdən sonra “Vikipediya” maarifləndirici təlimlərinə üç aydır ki, yenidən başlanılıb. Alim “Vikipediya”nın həm dövlət, həm də vətəndaşlar üçün maraq doğurduğunu vurğulayıb və bu sahənin inkişafında ziyalıların üzərinə düşən öhdəlikdən danışıb. Baş direktor onu da qeyd edib ki, qalib ölkə - Azərbaycan haqqında informasiyanı düzgün şəkildə dünyaya çatdırmaq vətəndaş olaraq bizim borcumuzdur. Daha sonra baş direktor “Qorqud” Vikipediya Metodik Klubunun və şəxsən klubun sədri, millət vəkili Elnur Allahverdiyevin, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin, o cümlədən “Vikipediya” üzrə mütəxəssis, disapor üzrə araşdırmaçı-ekpert Elnur Eltürkün sözügedən təlimlərin keçirilməsində dəstəkçi olduqlarını vurğulayaraq onlara təşəkkürünü bildirib. M.Əliyev, həmçinin onu da qeyd edib ki, təlimdə iştirak edənlər sonda diplom və sertifikatla təltif olunacaqlar.

 

Tədbirdə çıxış edən “Vikipediya” üzrə mütəxəssis, disapor üzrə araşdırmaçı-ekpert Elnu Eltürk Azərbaycanda bu sahənin gücləndirilməsi və genişləndirilməsində MEK-in rolundan danışıb. O, həmçinin bildirib ki, AMEA İnstitutlarının əməkdaşları mütəmadi olaraq təlimlərə qatılaraq öz töhfələrini verirlər.

 

Daha sonra təlimçi Nuray Tanrıverdiyeva “Vikipediya”nın tarixinə nəzər salaraq iştirakçılar təlimlərı haqqında məlumatlandırıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020