Dilarə Kazımova Türkiyədə ev qiymətinə klip çəkdirdi

Dilarə Kazımova Türkiyədə ev qiymətinə klip çəkdirdi

Dilarə Kazımova Türkiyədə ev qiymətinə klip çəkdirdi 

 

Müğənni Dilarə Kazımova Türkiyədə lentə aldırdığı klipini təqdim edib.

Estrada ulduzu sözləri və musiqisi Fidan Alivaya məxsus “Xarizma” mahnısını ekranlaşdırıb. Sənətçinin işi üzərində böyük bir heyət çalışıb.

İdeyası Dilarənin özü və Səbinə Şahiyə məxsus ekran işinin rejissorluğunu Buse Tirman edib. B. Tirman bu günədək Deniz Seki, Morena Taraku, Biah Rodrigues ,Tan Taşçı , Emel Müftüoğlu , Tuğba Özay , Ece Ronay , Enes Batur kimi ulduzların klipini lentə alıb.

Dilarənin klipinin ssenarisi də diqqət çəkəndir. Belə ki, ekran işində “drag queen”, artıq çəkili və qısa boylu xanıma yer verilib.

Bununla da, standartlardan kənar biri kimi təqdim edilən şəxslərin, əslində böyük bir xarizmya məxsus olduqları mesajı ötürülür.Sözügedən klip üçün toplam 15 min dollar xərclənib.

Layihə “BEAT Music” musiqi leyblının məhsuludur. Mahnı bütün musiqi platformalarında dinləyicilər üçün təqdim edilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020