Xırdalanda şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirildi +FOTO=19
Bu xəbəri paylaş
Xırdalanda şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirildi
Esmira Günəşin "Qürur yerimiz" kitabının Xırdalan Diyarşünaslıq Muzeyində təqdimatı oldu
Azərbaycanın bütün bölgələrində şəhidlərimizə həsr olunmuş kitablarına təqdimatlar keçirən şairə Esmira Günəş bu dəfə də "Qürur yerimiz" kitabına Xırdalan Diyarşünaslıq Muzeyində təqdimat keçirərək şəhid analarını bir araya topladı. Tədbirdə Diyarşünaslıq Muzeyinin rəhbəti Cəmilə xanım, şəhid Rəsul Sadıqovun, şəhid Əsəd Həsənovun, şəhid Məzdək Eyvazlının, şəhid Cavid Həsənovun, şəhid Bilal Qənbərovun, şəhid Adəm Əliyevin ailə üzvləri ilə yanaşı Xırdalan MKS-in rəhbəri və kitabxana nümayəndələri, Millət vəkili Razi bəyin MCP-nın aktiv üzvləri və s, iştirak edirdi. Tədbirin aparıcısı şairə Esmira Günəş kitabları haqqında məlumat verərkən qeyd etdi ki, yeni "Xarıbülbüllər" kitabında yer alan bütün şeirlərinə Türkiyədə musiqilər bəstələnəcək və qiraətçilər tərəfindən səsləndiriləcək. Beləliklə kitabda yer alan bütün şəhidlər həm də Türkiyədə tanınacaq. Tədbirdə ilk olaraq şəhid ailələrinə söz verilərək, kitabları təqdim olunub daha sonra isə tədbir şeirlər və qonaqların çıxışları ilə davam edərək, xatirə şəkilləri ilə yekunlaşıb.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


















