Badmintonçularımız “Future” seriyalı “RSL Lithuanian International 2022” turnirindən dönüblər -İNTİQAM təqdim edir (AZpress.AZ)

Badmintonçularımız “Future” seriyalı “RSL Lithuanian International 2022” turnirindən dönüblər -İNTİQAM təqdim edir (AZpress.AZ) 

 

Badmintonçularımız Litvanın Panevejis şəhərində keçirilən və Azərbaycan idmançılarının da iştirak etdikləri “Future” seriyalı “RSL Lithuanian International 2022” turnir başa çatıb. Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, kişi badmintonçuların şəxsi yarışında Diki Dvi Pangestu təsnifat mərhələsinin sonuncu görüşündə indoneziyalı Alden Lefilsona 2:1 (19-21,21-15,21-14) hesabı ilə qalib gələrək əsas mərhələyə yüksəlib. Əsas mərhələdə keçirdiyi ilk görüşdə Malayziya badmintonçusu Teh Zi Yini 2:0 (21-10,21-18) hesabı ilə məğlub edən badmintonçumuz turnirin 1/8 finalına yüksəlib. Təəssüflər olsun ki, Diki 1/4 finala yüksəlmək uğrunda keçirilən görüşdə danimarkalı Kristofer Vittorianiyə 1:2 (14-21,22-20,8-21) hesabı ilə uduzub və mübarizəni dayandırıb.
Təsnifat mərhələsində ardıcıl olaraq 2 qələbə qazanan Məhəmməd Khadafi isə əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçli Yohan Azeliusa 1:2 (17-21,21-17,17-21) hesabı ilə məğlub olub.

Kişi badmintonçuların qoşa yarışına gəlincə, Aqil Qəbilov-Diki Dvi Pangetsu tandemi 1/16 finalda Malayziya təmsilçiləri Məhəmməd Faris-Jia Çenq cütlüyünə 0:2 (12-21,10-21) hesabı ilə uduzub. Cahid Əlhəsənov-Məhəmməd Khadafi cütlüyü isə Estoniyadan olan Karl Kert-Mihkel Talts tandeminə məğlub olub - 1:2 (18-21,21-13,16-21).

Qarışıq qoşa yarışlarada isə Cahid ƏlhəsənovEra Maftuha cütlüyü spaniya badmintonçuları Yoan Monroy-Ania Setien tandeminə uduzub - 0:2 (9-21,6-21).

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020