Qrup komandamız mübarizəyə başlayır -İNTİQAM təqdim edir (AZpress.AZ)

Qrup komandamız mübarizəyə başlayır -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İsrailin paytaxtı Təl-Əvivdə sinyorlar (böyüklər) və yuniyorlar (yeniyetmələr) arasında bədii gimnasitka üzrə keçirilən Avropa çempionatı davam edir. Sinyorarın fərdi yarışında mübarizə aparan təmsilçilərimizdən Zöhrə Ağamirova top, gürzlər və həlqə ilə cıxışlarından sonra 14-cü, top və həlqə ilə çıxış edən Arzu Cəlilova isə 22-ci pillədə qərarlaşıb. Hər iki təmsilçimiz coxnövçülük yarışlarının finalına qatılacaq.
Bu gün heyəti Ləman Əlimuradova, Güllü Ağalarzadə, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Dariya Sorokina və Yelizaveta Luzandan ibarət olan qrup hərəkətləri üzrə komandamız da mübarizəyə qatılacaq. Komandamız 5 həlqə ve eləcə də 3 lent2 topla çıxış edəcək.
Xatırladaq ki, dünən yuniyorlardan Kamilla Qafarova gürzlərlə cıxışına görə bürünc medala layiq görülüb.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020