Kürdəmirdə ağır qəza: İki hərbçi xəsarət aldı

Kürdəmirdə ağır qəza: İki hərbçi xəsarət aldı

 Kürdəmirdə ağır qəza: İki hərbçi xəsarət aldı

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-ya istinadən xəbər veririk ki, hadisə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sürücü və iki sərnişin ağır xəsarət alıblar. Xəsarət alanlardan 2-nin hərbi qulluqçu olduğu bildirilir.

 

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020