Həcc ziyarətində zəvvarlar üçün yeni qaydalar

Həcc ziyarətində zəvvarlar üçün yeni qaydalar

 Həcc ziyarətində zəvvarlar üçün yeni qaydalar

İki illik COVID-19 pandemiyasından sonra əcnəbi zəvvarları qəbul edən Səudiyyə Ərəbistanı Həcc ziyarətində yeni qaydaları açıqlayıb.

 

Modern.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin yaydığı məlumata görə, Həcərül Əsvəd (Qara daş) ilə Kəbə qapısı arasındakı “mültəzəm” və ya “İbrahim məqamı” deyilən yerdə baryerlər qoyulur.

 

Bu səbəbdən əvvəllər Kəbənin divarlarına sifətlərini toxunduraraq dua edən zəvvarlar bunu edə bilməyəcək. Yeni qaydaların gigiyenik tədbirlər çərçivəsində qoyulduğu bildirilib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı iyulun 7-dən 12-dək keçiriləcək Həcc ziyarətində iştirak edəcək zəvvarları qəbul edir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020