Daha dörd güləşçimiz Avropa çempionu olub İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
GÜLƏŞ
----------------
Daha dörd güləşçimiz Avropa çempionu olub
Rumıniyanın paytaxtı Buxarestdə 17 yaşlı oğlan və qızlar arasında güləş üzrə keçirilən Avropa çempionatı artıq başa çatmaq üzrədir. Çempionatın 6-cı günü də Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, həmin gün döşək üzərinə çıxan 5 sərbəst güləşçimizdən dördü - Vasif Bağırov (48 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) bütün görüşlərini qələbə ilə bitirərək, Avropa çempionu adını qazanıb və qızıl medala layiq görülüb. Daha bir təmsilçimiz - Şəmistan Axundovsa (80 kq) üçüncü yeri tutmaqla bürünc medal qazanıb.
Bu gün çempionata sərbəst güləşçilərin 5 çəki dərəcəsi ilə yekun vurulacaq. Çempionatın bu son günündə isə üç güləşçimiz - Sadiq Hüseynovla (45 kq), Elmar Ağayev (51 kq) və Ağa Qasımov (60 kq) çempionluq uğrunda həlledici final görüşünə çıxacaq. Ağanəzər Novruzovla (71 kq) Rəvan Musayevsə (92 kq) bürünc medal uğrunda mübarizə aparacaq.
Hazırda Azərbaycan yığmasının hesabında 16 medal var ki, onlardan da 7-si qızıl, 6-sı gümüş və 3-ü isə bürünc əyarlıdır.
Xatırladaq ki, yunan-Roma üzrə yığmamız 8 (2-5-1) medalla Avropanın birincisi, qızlardan ibarət yığmamız isə bir dəst (1-1-1) medalla 5-ci olub.
Dünən aktivinə 4-ü qızıl, 1-i bürünc əyarlı olmaqla 5 medal yazdıran və bu gün isə bu medalların sayıni ən azı 9-a çatdırmaq imkanı əldə edən sərbəst güləş üzrə komandımızın da Avropada birinci olacağına şübhə yeri qalmayıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)