Azərbaycanlı müşketyor Olimpiya çempionunu udaraq AÇ-nın yarımfinalına çıxıç İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Azərbaycanlı müşketyor Olimpiya çempionunu udaraq AÇ-nın yarımfinalına çıxıç
Türkiyədə qılıncoynatma üzrə kişi və qadınlar arasında bu idmanın hər üç növündə (sablya, şpaqa, rapira) Avropa çempionatı keçirilir. Bu gün çempionatda şpaqa üzrə qadınların fərdi yarışına start verilib. Həmin yarışda ölkəmizi Anna Başta, Səbinə Kərimova, Polina Kaspiaroviç və Valeriya Bolşakova təmsil edib. Təmsilçilərimizin hamısı ilkin qrup mərhələsini uğurla başa vuraraq pley-offa adlayıb. Daha sonra isə yalnız Başta irəliləməyi bacarıb. 18 finalda öz komanda yoldaşı Kaspiraoviçi məğlub edən Başta 14 finalda isə Ukraynadan olan Olimpiya çempionu Olqa Xarlanı məğlub edərək yarımfinala yüksəlib.
Kərimova ilə Bolşakovaya gəlincə, birinci 18, ikinci isə 132 finalda məğlub olaraq AÇ-la vidalaşıb.
Şpaqa üzrə fərdi yarışlara qatılan müşketyorlarımız mübarizəni dayandırıblar. Ölkəmizi bu yarışda təmsil edən triomuzdan Kənan Əliyevlə Barat Quliyev mübarizəni pley-offda (132 final), Ruslan Həsənovsa qrup mərhələsində dayandırıb. İyunun 22-də şpaqaçıların komanda yarışı başlayacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
