Uşaqların şəhəri adlı musiqili əyləncəli tədbir keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=15)

“Uşaqların şəhəri” adlı musiqili əyləncəli tədbir keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=15)

“Uşaqların şəhəri” adlı musiqili əyləncəli tədbir keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=15)

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Gürcüstan Respublikasında fəaliyyət göstərən “Basti Bubu” uşaq kollektivi ilə mərkəzimiz arasında artıq neçə ildir ki, dostluq əlaqələri var. Belə ki, 2017-ci ildə “Basti Bubu” uşaq kollektivi təşkilatçılığı ilə Bakı şəhərində “Dostluq körpüsü” adlı möhtəşəm tədbir həyata keçirilmişdir.

 

17 iyun 2022-ci il tarixində saat 14:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Dostluq körpüsü” beynəlxalq layihə çərçivəsində “Uşaqların şəhəri” adlı musiqili əyləncəli tədbir keçirildi. Tədbirdə hər iki mərkəzin bədii kollektivləri gözəl mahnıları və maraqlı süjeti ilə seçilən rəngarəng rəqsləri ilə böyük konsert proqramı təqdim etdilər.

 

“Basti Bubu” uşaq kollektivinə 30 illik yubleyi ilə bağlı mərkəz tərəfindən ödül təqdim edildi.
Tədbirdə şəhid ailələrinin və valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinin şagirdləri tamaşaçı qismində iştirak etdilər.

 

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının I müavini, Gürcüstan Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndələri və digər qonaqlar iştirak etdilər.

# 3nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi #ugim-3@mk.edu.az#məktəbdənkənar

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020