Azərbaycan 1 dəst medalla Dünya Seriyasının ikinci mərhələsində ikinci yeri tutub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan 1 dəst medalla Dünya Seriyasının ikinci mərhələsində ikinci yeri tutub  -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İspaniyada çimərlik güləşi üzrə keçirilən Dünya Seriyasının 2-ci mərhələsinə yekun vurulub. AGF-dan (Azərbaycan Güləş Federasiyası) verilən məlumata gğrə, Pontevedra şəhərinin Sanxenxo yaşayış massivində təşkil olunan həmin turnirdə ölkəmiz baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 3 idmançı ilə təmsil olunub. Bu trioda isə Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) yer alıb. Maraqlıdır ki, turnirə qatılan hər üç təmsilçimiz uğurla çıxış edərək mükafatçılar arasında yer alıb. Onlardan Omid bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İbrahim gümüş, Ramiz isə bürünc medal qazanıb. Bununla da Azərbaycan Dünya Seriyasının 2-ci mərhələsində 1 dəst medalla komanda hesabında ikinci yeri tutub.
Qeyd edək ki, Dünya Seriyasının 3-cü mərhələsi iyulun 1-2-də Fransada keçiriləcək.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020