Cavadxan Qasımov: Naxçıvanda I Beynəlxalq Tibbi Forumu davam edir
Bu xəbəri paylaş
Cavadxan Qasımov: Naxçıvanda I Beynəlxalq Tibbi Forumu davam edir
Naxçıvan Dövlət Universitetinin ev Sahibliyi ilə keçirilən l Tibbi Forumu ll günün bölmə iclaslarına davam edir. İclaslar A, B, C, D salonlarında olmaqla, 4 bölmədən ibarətdir. Bu günkü iclaslar da tibb elminin aktual problemlərinin araşdırıması ilə baş tutmaqdadır. Belə ki, iclaslarda:
- Cərrahiyyə;
- Pankreas xəstəlikləri;
- Plastik estetik və rekanstruktiv cərrahiyyə;
- Endokrinologiya;
- Virus Hepatitləri;
- HCC (Ağır Kliniki Hallar);
- Qara ciyər transplantasiyası;
- Qastroenterologiya;
- Onkologiya;
- Oftalmologiya;
- Pediatriya -l və ll;
- İnfeksion xəstəlikləri;
- Stomatologiya sahələri üzrə çox aktual mövzular ələ alınmışdır.
Bölmə iclaslarında məruzələr ətrafında müzakirələr keçirilmiş və verilən suallar cavablandırılmışdır.
* * *
Naxçıvan Dövlət Universitetində keçirilən l Tibbi Fromun ll gününün bölmə iclaslarında iştirak edən müətəxəssislər Duzdağ Fizioterapiya Mərkəzində olmuş, oradakı müalicə şəraiti və prosesləri ilə tanış olmuşlar. Mərkəzin tarixi, tibbi və hazırkı şəraitdə həm də iqtisadi əhəmiyyəti barəsində məlumat verilmişdir. Bildirilmişdir ki, mərkəz 1979 - cu ildən fəaliyyət göstərir. Uşaqların və böyüklərin müalicəsi üçün əlverişli şərait yaradılmışdır. Müalicələrin təşkili əsasən axşam və gündüz seansları üzrə təşkil olunur. Hər bir pasient üçün orta hesabla 10-15 gün müddətində müalicə nəzərdə tutulur.
Qonaqlar mərkəzdə yaradılan şəraitdən olduq qədər məmnun qalmış və bunu Naxçıvan Muxtar Respublikasının zənginlikləri olaraq dəyərləndirmişlər. Məlumat verilmişdir ki, hazırda pandemiyanın təsirlərinin azalması burada müalicə alan pasientlərin sayında artımla müşayiət olunmaqdadır.
Hər bir iştirakçı Duzdağ Fizioterapiya Mərkəzinin muxtar respublikanın timsalında Azərbaycan Respublikasının səhiyyə sektorunun inkişafında mühüm göstərici olduğunu bildirdi. Bu dəyərləri gördükləri üçün də l Tibbi Forumun Təşkilat Komitəsinə minnətdarlıqlarını bildirdilər.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)















