Anna Başta Avropa çempionu olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Anna Başta Avropa çempionu olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Azərbaycanlı müşketyor Avropanı fəth edib
Türkiyənin Antalya şəhərində kişi və qadınlar arasında qılıncoynatmanın hər üç növü (sablya, şpaqa və rapira) üzrə keçirilən Avropa çempionatı davam edir. Dünən Azərbaycan təmsilçilərindən biri Avropa çempionu adını qazanaraq, yeni tarix yazıb. Söhbət qadın sablyaçımız Anna Baştadan gedir. Çempionatın qrup mərhələsində keçirdiyi 5 görüşün hamısını qələbə ilə bitirərək pley-offa çıxan Anna burada ardıcıl olaraq, Rumıniya və Polşa təmsilçisini, 14 finalda öz komanda yoldaşı Polina Kaspiaroviçi, 12 finalda isə Ukraynadan olan Olimpiya çempionu Olqa Xarlanı məğlub edərək finala adlayıb və həlledici görüşdə də italiyalı Rossellu Qreqorionu fərqli hesabla (15:9) məğlub edərək Avropa çempionu olub. O, bu uğuru ilə düz 23 il öncə (Avro-1999) qitə çempionu olmuş Azərbaycan təmsilçisi Yelena Jmayevanının nəticəsini təkrarlayıb.
Qarşıda qadın sablyaçıları komanda yarışı gözləyir. Komanda yarışında isə ölkəmizi Başta da daxil olmaqla, Səbinə Kərimova. Polina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət dördlük təmsil edəcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)






