Samirə Əfəndi "The Most Promising Azerbaijani Artist" mükafatına layiq görülüb +VİDEO
Bu xəbəri paylaş
Samirə Əfəndi "The Most Promising Azerbaijani Artist" mükafatına layiq görülüb
Bu günlərdə Şimali Kipr Türk Cümhuriyyətində məşhur parlaq nəşr olan En Moda Magazine tərəfindən təsis edilən, ardıcıl altıncı il davam edən beynəlxalq mükafatlandırma mərasimi baş tutdu.
“Eurovision” mahnıları “Spotify” platformasında dinlənməkdə və “YouTube”da izlənilməkdə davam edən, musiqisevərlərin pleylistlərinə daxil olan azərbaycanlı müğənni Samirə Əfəndi mükafatlandırılma mərasiminə fəxri qonaq qismində dəvət olunub. Mükafatlandırma mərasimi dəbli La Nouba klubunda keçirilib.
Mükafatda 12 ölkədən məşhurlar - Claydee, Faydee, Costi, Shiraz, Adam Clay, Otilia, Bashar Al Jawad, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və digər dövlət rəsmiləri də iştirak edib. Məşhur "Mata Hari"ni ifa edən həmyerlimizin çıxışı gecənin qonaqları tərəfindən gurultulu alqışlarla qarşılanıb, müğənni ilə xatirə olaraq şəkil çəkdirmək istəyənlər də sayı az olmayıb.
Samirənin özünün də etiraf etdiyi kimi mükafat ona xoş sürpriz oldu.
- Sevinirəm ki, mahnı yayımlandıqdan xeyli vaxt keçməsinə baxmayaraq, unudulmur və yaşamağa davam edir, - Samirə deyir. - Yeni üfüqləri fəth etməyə çalışan əsl yaradıcı insanları ruhlandırır.
Qeyd edək ki, bu, xaricdəki həmyerlimizin ilk uğuru deyil, Azərbaycanın Eurovision 2020-2021 beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi, TC Candler əyləncə platformasının versiyasına görə 2021-ci ilin 100 ən gözəl siması siyahısına daxil edilib. Samirə həmçinin International Gold Media Awards mükafatlandırılma mərasimində "İlin Ən Yaxşı Dünya Ulduzu" mükafatını layiq görülmüşdü.
https://www.instagram.com/tv/Cd3nbCeFJ9f/?utm_source=ig_web_copy_link
https://www.instagram.com/p/CeGTGIyNv0j/?utm_source=ig_web_copy_link
https://www.instagram.com/p/Ce4Yj5lN7Es/?utm_source=ig_web_copy_link
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
